İqtİsadİyyat

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb

Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb
 

Standard Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini "stabil” proqnozdan, "pozitiv”ə yüksəldib və "BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

 

Agentliyin fikrincə, 2019-2020-ci illərdə Kapital Bank pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdıracaq, eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq. Bankın RAC (Risk-Adjusted Capital) risklərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8% həddində qalacağı gözlənilir.

 

Yaxın 2 ildə Kapital Bank-ın kredit portfelinin 20-30% artacağı, bununla da yüksək mənfəətliyi saxlamaqla xalis faiz həddinin yüksək olması və yüksək əməliyyat səmərəliliyi sayəsində ROAE göstəricisinin 25%-i üstələyəcəyi gözlənilir. Kapital Bank-ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən agentlik, 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6% azaldığını qeyd edib. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220%, kredit/depozit nisbətinin isə 46% səviyyəsinə olması bildirilib.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031