MM-nin 1 saata 35 qanunu qəbul etməsinə deputatdan reaksiya: İYUL AYI İLƏ BAĞLIDIR…

MM-nin 1 saata 35 qanunu qəbul etməsinə deputatdan reaksiya: İYUL AYI İLƏ BAĞLIDIR…


"Milli Məclisdə geniş debatların aparılması, müzakirə mühiti yetərli səviyyədə deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri parlamentin son iclasında 1 saata 35-ə qədər qanun layihəsinə baxılaraq onların tələm-tələsik qəbul edilməsinə münasibət bildirən deputat Fazil Mustafa deyib.


Onun sözlərinə görə, bu əslində Milli Məclisin özünə aid olan bir məsələdir: "Deputatlara deyə bilmərik ki, niyə qanunların müzakirə və qəbulunu belə tez başa çatdırırsınız? Yəqin ki, çıxış etmək, münasibət bildirmək zərurəti olmadığına görə belə tez başa çatdırılıb. Hər halda prosesi dəyərləndirmək cəmiyyətə aiddir. Qısa zamanda, geniş müzakirələr olmadan bu qədər qanunun qəbul edilməsini insanlar doğru olmayan hal kimi dəyərləndirirsə, onları da qınamaq olmaz. İnsanlar bəlkə Milli Məclisdən fərqli bir şeylər umurlar. Ona görə də bu məsələ ilə bağlı konkret söz söyləmək çətindir. Milli Məclisdə geniş debatların, müzakirə mühitinin yetərli səviyyədə olmadığı bir gerçəklikdir. Bu olsa daha yaxşı olar. Amma indi reallıq budur. Hər halda hər kəs söz alıb çıxış etmək imkanına sahibdir. Bunu etmirlərsə, deməli zərurət görmürlər”.

 

Sonda deputat qısa zaman kəsiyində müzakirəsiz çoxsaylı qanun layihəsinin qəbulunu iyul ayının olması ilə əlaqələndirdi:"Belə vəziyyətin yaranması iyul ayı ilə də bağlı ola bilər. Sessiya müddəti uzadılıb. Ona görə də qanunların tez qəbul edilib başa çatdırılmasını arzulayırlar”.

 

Qeyd edək ki, Milli Məclisin iyulun 9-da baş tutan iclasında deputatlar rekorda imza ataraq 1 saata 35 qanun layihəsini müzakirə olmadan qəbul ediblər.Parlamentin bu tələskənliyi isə cəmiyyətdə narazılığa səbəb olub.

 

 

Elçin

 

OXŞAR XƏBƏRLƏR

“Ala bunun 1000 manatını qoy cibinə” - Həbs olunan icra başçısının müavini ilə şok söhbəti

Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla, Lalə Eyyubovanın, həmçinin Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov...

Azərbaycanlı jurnalistlər Ermənistanda və 27 il sonra Şuşada olublar - ADLAR

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ...

19 yaşlı gənc necə milyonçu oldu? – Əbülfəz Məlikovun oğlu ilə bağlı ilginc təfərrüat

  "Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. "AMAR-ŞİRVAN" MMC vasitəsil...

Azərbaycanda deputatın gizli videosu yayıldı: "Gəlib, pulu götürüb, gedəcəksiniz..." - Video

  Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub.   Məlumat üçün deyək ki, Rafae...

“Ən baha qiymətə gedən mandatıdır, onu da girov qoyub də...” – Partiya sədrindən Rafael Cəbrayılova replika

"Deputatların mandatlarından dəyərli nəyi var ki, borc götürəndə də onu girov qoysunlar ? Rafael Cəbrayılov nə etməlidir ? Ən baha qiymətə gedən mandatıd...

Prezidentin köməkçisi Nuru Paşa və Bakının xilasından yazdı: "Müzəffər komandan..."

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsind...