Cəmİyyət

BNA sürücülərə müraciət etdi

BNA sürücülərə müraciət etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) "XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın səmərəli təşkili məqsədi ilə nəqliyyat tədbirlərinin icrası ilə bağlı sürücülərə müraciət edib. 

BNA-dan verilən məlumata görə, müraciətdə bildirilir ki, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.

Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını, xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.

"Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik", - deyə müraciətdə bildirilir..

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031