No Image
No Image

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Antitel analizləri üçün nə qədər ödəməliyik?
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 pasportunun  tələb olunacağını açıqlayıb. Bura peyvənd olunanlara verilən vaksinasiya və ya xəstəliyi keçirənlərə verilən immunitet sertifikatı daxildir. Amma məlumdur ki, ölkədə virusa yoluxub qeydiyyata düşməyən və ev şəraitində sağalanların sayı rəsmi rəqəmlərdən çoxdur. Hətta onlardan bəziləri antitelin miqdarı ilə bağlı qan verərək analiz sənədi əldə ediblər. Həmin şəxslərə vaksinasiya və immun sertifikatının verilməsiylə bağlı hələ ki, rəsmi qərar yoxdur. Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov saytımıza açıqlamasında qandakı COVID anticismi müsbət olan hər bir şəxsin tibbi cəhətdən peyvəndlənmiş şəxslərlə eyni kateqoriyada sayıla biləcəyini söyləmişdi. Bəs ümumiyyətlə, qanda anticisim nədir və nə vaxt yaranır? Onun miqdarını bilmək üçün hansı klinikalarda və neçəyə analiz vermək olar? "Qafqazinfo” bu suallarla bağlı kiçik araşdırma aparıb. İnsan orqanizmində COVID-19 virusuna qarşı daha çox 2 tip anticisim əmələ gəlir. Bunlar SARS-Cov-2 İmmunoqlobulin G (İgG) və İmmunoqlobulin M (İgM) anticisimləridir. İmmunoqlobulin M anticismi qoruyucu deyil, daha çox aktiv fazada aşkarlanır. İmmunoqlobulin G isə xəstəliyin artıq keçirildiyini göstərir və daha çox 14-cü gündən sonra qanda pozitivləşməyə başlayır.

Sfera.az xəbər verir ki, bu analizləri hələ ki, ancaq özəl klinikalarda vermək mümkündür. Məlum oldu ki, dövlət xəstəxana və poliklinikalarında anticisim təyini ilə bağlı analizlər götürülmür. Qiymətlərə gəlincə, İmmunoqlobulin G anticisminin təyini 25-60 manat arasında dəyişir. Əlaqə saxladığımız özəl klinikalar arasında ən ucuz qiymət "Leyla Medical Center”dədir. Tibb müəssisəsində İgG anticisminin təyini 25 manatdır. Klinikada ayrıca İgM təyini isə aparılmır.

"Sağlam Ailə Ultralab”da İgG və İgM analizlərinin ayrı-ayrılıqda ödənişi 30 manatdır.

"Biloji Təbabət” klinikasında ayrıca İgM analizi aparılmır. İmG ilə birlikdə qiymət 50 manat, ayrıca İgG isə 35 manatdır.

Nəsrəddin Tusi adına Klinikada da ayrılıqda İgM analizi aparılmır. İkisi bir yerdə 60 manat, ayrıca İgG isə 30 manatdır.

"Oksigen” Klinik Xəstəxanasında İgG və İgM analizlərinin hər birinin qiyməti 70 manatdır.

"Caspian İnternational Hospital”da isə hər iki antitel təyini analizini vermək istəyənlər 90 manat xərcləməlidirlər. Bu klinikada İgG və İgM analizlərinin hər biri 45 manatdır.

"Baku Medical Plaza”da həm İgG, həm də İgM analizinin ayrılıqda qiyməti 60 manatdır.

Bakı Sağlamlıq Mərkəzində İgG analizinin qiyməti 60 manat, İgM analizinin qiyməti isə 40 manatdır.

"İnci” Laboratoriyasında da hər iki analiz üçün ayrılıqda 35 manat tələb olunur. İkisi bir yerdə verildikdə isə bir qədər ucuz - 60 manata başa gəlir.

Əlaqə saxladığımız əksər klinikalarda antitel təyini analizinin cavabı bir günə hazır olur.

Qeyd edək ki, antitel təyini testi vermədən öncə ön hazırlığa ehtiyac yoxdur. Günün istənilən vaxtı verilə bilər və aclıq tələb olunmur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

Operativ Qərargahın son brifinqində vətəndaşların sentyabrın 1-dən etibarən bir çox ictimai iaşə obyektlərinə yalnız COVID-19 pasportu ilə daxil ola biləcəyi il...

Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?

"COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”. Sfera.az xəbər verir ki, bunu DİN Mətbuat xidməti...

"Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı AÇIQLAMA

"74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinikanın" reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyy...

Prezidentin yeni vəzifə verdiyi general Osmanov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hə...

“İstisuda üzürük, Xəzərdə də üzəcəyik” deyən erməni Bakıda məhkəmə qarşısında - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan iki erməninin – Davit Davityan və Gevorq Sujyanın cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. ...

Sumqayıtda yeni doğulmuş körpə zibillikdə belə tapılıb - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Sfera.az-ın məlumatına görə, bu gün sosial şəbəkələrdə körpənin...