İdman

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanı Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün ölkəmizə gətirib-gətirməyəcəyi bu gün bəlli olacaq.

AZXEBER.COM qol.az-a istinadən xəbər berir ki, London klubu günün sonuna kimi yekun qərarını açıqlayacaq.

Sözügedən nəşr bir neçə gün öncə 30 yaşlı yarımmüdafiəçinin təhlükəsilzik səbəbindən Bakıya gətirilməyəcəyini yazmışdı.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, mayın 29-da "Arsenal" və "Çelsi" komandaları arasında olacaq final matçı yerli vaxtla 23:00-da başlayacaq.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930