Gündəm

Aslan İsmayılovun illərdir hamıdan gizlətdiyi sirr faş oldu – TALEH ŞAHSUVARLIDAN ŞOK YAZI

Aslan İsmayılovun illərdir hamıdan gizlətdiyi sirr faş oldu – TALEH ŞAHSUVARLIDAN ŞOK YAZI
 

Tanınmış jurnalist Taleh Şahsuvarlı hüquq müdafiəçisi Aslan İsmayılovla bağlı şok ittihamlar səsləndirib.

 

Sfera.az oxuculara maraqlı olacağını nəzərə alıaraq onun Aslan İsmayılovu facebookda ifşa edən paylaşımını olduğu kimi dərc edir. Beləliklə...


***


Əsl adı "Allahverdi" olan Aslan İsmayılov kod adlı şəxs anons verib ki, axşam saatlarında canlı yayım açıb "hakimiyyətin media siyasətini ifşa edəcək".Bu günə qədər minlərlə yalan, böhtan, şantaj yağdırıb, bu sıraya biri də əlavə olsun, onsuz da danışdıqca, özü batır. Ancaq Azərbaycan hakimiyyətini müdafiə edən bir vətəndaş, soyadı müəmmalı Allahverdi haqqında silsilə yazılar yazmış jurnalist olaraq ona üç sual ünvanlayıram. Bu suallara cavab verə bilsə, hakimiyyətin media siyasətindən nə qədər istəyir danışsın.

1) Sənin əsl adının "Allahverdi" olmasını üzə çıxardım. Şəcərəndə (öz yaydığına istinad edirəm) "Çıraq" adlı bir nəfər olmadığı halda, atan nədən "Çıraqov" soyadı daşıyır. Necə olur ki, öz yazdığın iki tərcümeyi-halın birində atanın soyadını "Çıraqov", digərində "İsmayılov" göstərirsən? Atanın neçə soyadı olub? Və ən əsası, həmin şəcərədə "Mustafa" adlı şəxs olmadığı halda, nədən digər qarındaşların "Mustafayev" soyadı daşıyır. Mustafa kimdir, doğulduğun ailəyə hansı şəkildə dəxli var?

 

2) Rusiyada Kuban Dövlət Universitetini 1983-cü bitirmis, ondan sonra təyinatla 1989-cu ilin aprelinədək Stavrapol vilayətində çalışmısan, özünün dediyinə görə. Bu, maksimum 6 il edə bilər. 1993- cü ildə Azərbaycan torpaqlarının işğal olunduğu, dövlətin dayaqlarının sarsıldığı, qiyamçıların, seperatçıların meydan suladığı bir ərəfədə Milli Məclisdə çıxış edərək xalqa, parlıamentə və Heydər Əliyevə ağ yalan danışaraq, Rusiyada məhkəmə orqanlarında 8 il çalışdığını söylədin. O, "8 il" yalanını niyə, nə məqsədlə uydurdun?

 

3) Sən Azərbaycana imperiya nökəri kimi qayıtmış, Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində imperiya ittihamçısı kimi iştirak etmiş, soydaşlarımıza ölüm hökmü də daxil olmaqla ən ağır cəza istəmisən. Vaxtilə Sevinc Osmanqızının verilişində ANS-də etiraf etmisən ki, həmin ittiham aktını məhkəməyə təqdim etməmisən, bir qohumun evində gizlətmisən. Həmin oğurladığın aktı niyə üzə çıxarmırsan, niyə Sumqayıt hadisələri ilə bağlı kitaba salmamısan? Onu heç olmasa indi KİV-ə təqdim edə bilərsənmi?

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031