No Image
No Image

Avro-2020-də avtoqolların sayına görə rekord

Avro-2020-də avtoqolların sayına görə rekord
Avro-2020-də avtoqolların sayına görə rekord qeydə alınıb.

Bu barədə Rusiya mətbuatı yazıb.

Belə ki, ilk iki turdan sonra beş futbolçu öz qapısına qol vurub. Bunlardan birincisi İtaliya ilə oyunda öz qapısına qol vuran Türkiyə millisinin müdafiəçisi Merih Demiral olub. Bundan sonra Polşa millisinin qapıçısı Voytsex Şçensnı Slovakiya ilə qarşılaşmada öz qapısına yol tapıb.

Avro-2020-də üçüncü avtoqolun müəllifi Fransa ilə qarşılaşmada Almaniya millisinin müdafiəçisi Mats Hummels olub. O, oyunda vurulan yeganə topu öz qapısına göndərib.

İyunun 19-da isə portuqallar bu baxımdan daha çox diqqət mərkəzinə düşüb. Almaniya ilə qarşılaşmada Ruben Diaş və Rafael Qerreyru topu öz qapılarına göndəriblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR