Təhsİl

Azərbaycanda bu universitetlərin prorektorları dəyişdirildi - SİYAHI

Azərbaycanda bu universitetlərin prorektorları dəyişdirildi - SİYAHI
 

Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib. 

Sfera.az "Report”a istinadən xəbər verir ki,  bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub. 

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub. 

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930