Cəmİyyət

Azərbaycanda maraqlı toy - VİDEO

Azərbaycanda maraqlı toy - VİDEO

Günün günorta çağı evə girib əllərinə keçəni- toyuq-cücəni, qab-qacağı oğurlayırlar.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, oğurladıqları qəniməti də özləri ilə aparırlar...

Bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.

Görüntülər Tovuz rayonunda təşkil olunan toyların birindəndir. Burda bəyin yaxınları qız evindən oğurluq etmədən getmirlər.

Oğurluq edənlər isə adətən bəyin dostları olur.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031