Təhsİl

Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – Şərh

Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – Şərh
 

"Gec-tez vahid imtahan sistemi qurulacaq. Dünyanın sivil ölkələrində belədir. Məsələn, Estoniyada da bu sistem var. Buraxılış və dövlət imtahanları ayrı-ayrı vaxtlarda verilir. Lakin bu imtahanın nəticələri arasında fərq demək olar sıfır dərəcədədir”.

Bu sözləri "Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov millət vəkili Asim Mollazadənin qəbul imtahanları ləğv olunmalıdır fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bizdə buraxılış və dövlət imtahanı arasındakı fərq xeyli yüksəkdir: 

"Ona görə, risk edib, vahid imtahana keçmək istəmirlər. Onsuz da buraxılış imtahanı bir növ fiksiyadır. Şagird tam orta məktəbi müvəffəqiyyətlə bitiribsə, orta məktəbdə aldığı qiymətlər əsasında ona attestat verilir. İmtahanın nəticəsinin dəyişəcəyi hal yoxdur. 

Ona görə, düşünürəm ki, vahid imtahana keçirilmə prosesi çox çəkməyəcək. Optimal variant attestat imtahanlarının ləğv edilməsidir. Nəzərə alanda ki, abituriyentlər 3 ayrı-ayrı fəndən ali məktəbə hazırlaşırlar, onları yükləyib attestat imtahanlarına cəlb etmək düzgün deyil. Vahid imtahanın keçirilməsi daha yaxşı olardı. Məhz bu imtahanın nəticələrinə görə, fərqlənmiş abituriyentlər ali məktəbə daxil olardılar. Bu həm əlavə vaxt itkisinin qarşısını alar, həm də məzunlar əlavə yükdən azad olar”.

Əsmər Qabil

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031