Cəmİyyət

Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa edildi

Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa edildi

Dünən kəskin hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan reysi üzrə uçuşlar artıq həyata keçirilib.

Bu barədə "Qafqazinfo”ya məlumatı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski verib. O bildirib ki, 3 reysdə gecikmələr var idi. Səhər saatlarına yaxın Muxtar Respublikada hava şəraiti düzəldiyindən uçuşlar həyata keçirilib.
Onun sözlərinə görə, gecikmə müddətində gözləyən sərnişinlər su və yeməklə təmin olunub.

Xatırladaq ki, dünən gecə saatlarına kimi Naxçıvanda ildırım və yağışlı hava şəraiti müşahidə olunurdu. 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930