No Image

Bakıda 198 kq yararsız ət aşkarlandı - FOTOLAR

Bakıda 198 kq yararsız ət aşkarlandı - FOTOLAR

İyulun 10-u saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

Sfera.az-a daxil olan məlumata görə, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

İşçilər tualetdə çox vaxt keçirməsin deyə yeni növ unitaz istehsal olundu - FOTO

İngiltərədə şirkətlər işçiləri ayaqyolunda daha az vaxt keçirsinlər deyə yeni növ unitaz sifarişi veriblər. Sfera.az Sputnik Türkiyə-yə istinadla xəbər verir k...

Zelenskinin Bakı səfəri fotolarda

Xəbər verdiyimiz Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya Azərbaycana səfər edib. Sfera.az 16-17 dekabr tarixlərində ölkəmizd...

“Diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək” - 2030-cu ilə qədər...

"İstənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur: "Passiv təhsil...

ANS-in Qənirəsindən — İNANILMAZ FOTOLAR

 ANS televiziyasının keçmiş aparıcısı Qənirə Ataşovanın yeni paylaşımı maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan aparı...

Məşhurlar "əvvəl və sonra"... Bred Pit, Ancelina Coli, Maykl Cekson... - FOTOlar

Hollandiyalı fotoqraf Ard Gelink maraqlı foto layihə edib. Sfera.az ölkə.az-a istinadən bildirir ki, o, məşhur ulduzların keçmiş və indiki görüntülər...

YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Sfera.az report-a istinadən  xəbər...