Gündəm

Bayrağın tərs asılmasına görə məsuliyyəti kim daşıyır? – HÜQUQŞÜNAS RƏYİ

Bayrağın tərs asılmasına görə məsuliyyəti kim daşıyır? – HÜQUQŞÜNAS RƏYİ
 

"Bayrağın tərsinə asılması ilə bağlı hər hansı məsuliyyət nəzərdə tutulmayıb”.


Sfera.az-a açıqlamasında bu sözləri rəsmilərin iştirak etdiyi bir sıra yerli və xarici tədbirlərdə Azərbaycan bayrağının düzgün yerləşdirilməməsi hallarına görə qanunvericilikdə hansısa bir məsuliyyət, cəzanın nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirərkən "Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev deyib.


Həmsöhbətimizin dediyinə görə, bu kimi məsələlərə protokol şöbələrinin diqqətli yanaşma sərgiləmələri tələb olunur: "Bayrağın düzgün yerləşdirilməməsilə bağlı bu kimi hallara müxtəlif ölkələrdə rast gəlmək mümkündür. Azərbaycanda da bir sıra hallarda buna bənzər hadisələr baş verib. Düşünürəm ki, belə halların hər hansı bir tədbirdə iştirak edən nazirlərin birbaşa diqqət mərkəzində olması məsələsibir qədər mübahisəlidir. Çünki bu kimi məsələləri protokol şöbəsi həll edir. Ona görə də tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı yaşanan əyri-əksikliklərin düzəldilməsi məsələsinə protokol şöbəsinin daha diqqətli yanaşması lazımdır. Bayraqla bağlı yaşanan bu vəziyyətə görə nazirlərin hər hansı bir məsuliyyətə cəlb edilməsi kimi hallar yoxdur. Ümumiyyətlə, bununla bağlı hər hansı məsuliyyət nəzərdə tutulmayıb”.


Ə. Nuriyev qeyd etdi ki, belə hallar baş verdikdə tədbirdə iştirak edən və bayrağı səhv yerləşdirilən ölkənin rəhbər nümayəndəsi protokol şöbəsinə iradını bildirməlidir:"Burada yalnız və yalnız nazir tərəfindən protokol şöbəsinin rəhbərliyinə irad tutula bilər ki, belə halların qarşısı alınsın. Özümüz bu məsələyə nə qədər həssas yanaşsaq, kənar dövlətlərin vətəndaşları da ona həssas yanaşacaqlar. Sadəcə düşünürəm ki, bu halda müəyyən diqqətsizlik baş verib”.


Fond rəhbəri çıxış yollarından biri kimi dövlət qurumları əməkdaşları arasında treninqlərin keçirilməsini təklif etdi: " Fikrimcə, gələcəkdə belə halların təkrarlanmaması üçün müəyyən treninqlərin keçirilməsi vacibdir. Atributların yerləşdirilməsi qaydası ilə bağlı dövlət qurumlarında bu məsələyə məsul olan şəxslər üçün treninq keçirilməsinə ehtiyac vardır. Böyük məmuniyyətlə təşkilatımız belə treninqləri dövlət qurumlarının müvafiq şöbələri üçün keçirə bilər”.

 

Qeyd edək ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov arasında Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən görüşdə Azərbaycan bayrağı nazirin gözü qarşısında növbəti dəfə düzgün yerləşdirilməyib, yaşıl rəng yuxarıda olub. Bayrağımıza göstərilən bu diqqətsizlik dərhal sosial şəbəkələrdə tənqid edilib.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30