Təhsİl

“Bəzi müəllimlərin psixoloji problemləri var” - Təhsil Nazirliyindən etiraf

“Bəzi müəllimlərin psixoloji problemləri var” - Təhsil Nazirliyindən etiraf
 

"Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var".

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var: "Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır.

Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər".

Report

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031