Təhsİl

“Bu özəl sektorun inkişafına maneədir” – Akkreditasiya üçün rüsumların artımına etiraz

“Bu özəl sektorun inkişafına maneədir” – Akkreditasiya üçün rüsumların artımına etiraz
 

Ölkədə intelekt problemi yaranacaq və bu rüsumlarla nə təhsilin əhatə dairəsi genişlənməyəcək, nə də əlçatanlıq təmin olunmayacaq”

Sfera.az-a açıqlamasında bu sözləri özəl təhsil müəssisələrinin akkreditasiya üçün ödəməli olduğu dövlət rüsumlarının artırılmasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib:

"Özəl təhsil müəssisələri adətən şəxsi vəsaitlər hesabına yaradılan müəssisələrdir. Bu mənada onların akkreditasiyadan keçməsi üçün yüksək rüsumların tətbiqi fəaliyyətlərini ciddi şəkildə təhlükə altına alacaq. Məktəbəqədər təhsil müəssisəsinin açılması üçün ilk dəfə lisenziya alanda dövlət rüsumu 2500 manatdır. 5 ildən sonra onların təkrar akkreditasiyadan keçməsilə yenidən daha 2 min manat alacaqlar. Özəl sektorda qiymətlər bahadır. Rüsumların qaldırılması ilə özəl şirkətlər də qiymətləri qaldıracaqlar. Nəticədə valideynlər üçün əlçatanlıq təmin olunmayacaq”.

Ekspert bildirdi ki, qəbul edilən bu əlavələr nəticəsində özəl təhsil müəssisələri və burada aktiv tədris prosesinə cəlb olunanların sayı azalacaq: "Belədə də özəl təhsil müəssisələrinin fəaliyyəti maliyyə problemi səbəbindən sual altına düşəcək. Çünki rüsumların qaldırılması ilə onlar əlavə maliyyə yükünə düşəcəklər. Dünya ölkələrində təhsil müəssisələri vergi və digər xərclərdən azaddır. Çünki onlar dövlət üçün vətəndaş hazırlayır. İşsizlik, vergi və sosial problemləri həll edir, büdcəyə daxilolmalar baş verir.

4500 orta məktəbdə 1,6 milyon şagird təhsil alır, 151 min müəllim çalışır. Ümumilikdə müəllim kütləsinin sayı 250 mindən artıqdır. 54 universitetdə 164 min tələbə var. Belədə, ölkə vətəndaşının 2,5 milyonundan çoxu gündəlik aktiv tədris prosesindədir. Rüsumların artımı ilə isə bu say azalacaq. Ölkədə intelekt problemi yaranacaq. Bu rüsumlarla nə təhsilin əhatə dairəsi genişlənməyəcək, nə də əlçatanlıq təmin olunmayacaq. Ona görə də yenidən akkreditasiya üçün rüsumların artırılmasını normal hesab etmirəm. Bu həqiqəti əks etdirmir, özəl sektorun inkişafına ciddi maneədir”.

Qeyd edək ki, Milli Məclisin son iclasında "Dövlət rüsumu haqqında” qanuna əlavələr edilib. Həmin qanuna əlavə edilən 31.1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat dövlət rüsumu ödəməlidir.

Elçin

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930