No Image
No Image

Ceyhun Bayramov: “Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”

Ceyhun Bayramov: “Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”
"Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”.

Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov "Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.

"Bəzi çətinliklərlə qarşılaşırıq. Region 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla zəhərlənib. Ötən həftə Ermənistan Ağdam rayonunun mina xəritəsini Azərbaycana Verdi. Özlərinin məlumatına görə, təkcə Ağdamda 97 000 mina basdırılıb. Türkiyə bu mövzuda da ilk gündən etibarən Azərbaycana dəstək verir. Türkiyədən heyət Azərbaycanda mina təmizlənməsi sahəsində xidmət aparır. Türkiyə həmçinin Azərbaycanın mina axtaran qruplarına təlim keçir”, - deyə C.Bayramov bildirib.

Minaların təmizlənməsi ilə eyni zamanda infrastruktur işlərinə də başlanıldığını qeyd edən nazir, yol, elektrik xətti və hava limanı inşası işlərinə Türkiyə şirkətlərinin cəlb olunduğunu qeyd edib.

Azərbaycanın XİN rəhbəri işğaldan azad edilən ərazilərin böyük potensiala sahib olduğunu vurğulayıb və orada bundan sonra çox işlərin görüləcəyini, bu layihələrdə başda Türkiyə olmaqla dost və qardaş ölkələrin şirkətlərinə üstünlük veriləcəyini ifadə edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Mövlud Çavuşoğluna başsağlığı verdi

 Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluna Antalyada baş verən yanğınla bağlı başsağlığı verib. O bu barədə ...

Bakının ölkəmizdə səfirliyini açacağına ümid edirik - Razvozov

Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətl...

KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən ciddi narahat olduqlarını bildir...

İrandan sərhəddəki vəziyyətə reaksiya

"İran regionda sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”. Sfera.az "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliy...

"Paşinyan öz aləmində Moskvaya manipulyasiya edir, KTMT məsələyə qarışmayacaq"

"Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”. ...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam...