Gündəm

Ceyhun Osmanlıya Avropada vəzifə verildi

Ceyhun Osmanlıya Avropada vəzifə verildi
 

Keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verib.

Sfera.az xəbər verir ki, bu haqda o sosial şəbəkədə məlumat paylaşıb. 

C. Osmanlı bildirib ki, təxminən 3 ay bundan öncə dünyada qlobal təhsil şirkətlərinin birindən təklif alıb. Bu dövr ərzində bir çox müsahibələrdə iştirak edib və bu müsahibələr müsbət dəyərləndirilib:

"Bu qrupda dünyanın 20-dən çox nüfuzlu universiteti təmsil edilib və mən həm Azərbaycanda, həm də Şərqi Avropanın başqa ölkələrinin universitetləri ilə əlaqələrin yaranmasına və biznesin inkişafına kömək edəcəm. Qrupda olan universitetlərin bir çoxu dünyanın ilk 100 universitetləri arasındadır. Tədricən bu barədə əlavə məlumatlar açıqlayacam.

Yeni işim çərçivəsində həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğul olmaq nəzərdə tutulub. Bunlarla yanaşı təhsil eksperti kimi bu günə qədər başladığım başqa layihələri də reallaşdırmağa davam edəcəyəm. Fürsətdən istifadə edərək sevimli rektorum Prof.Əhməd Vəliyevə və digər komanda üzvlərimizə mənə hər zaman nümayiş etdirdikləri sevgi və qayğıya görə sonsuz minnətdarlığımı bildirirəm”.

C. Osmanlı bir müddət əvvəl Londona səfər etmişdi. Onun yeni iş yerinin də Londonda olacağı gözlənilir.

Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, "İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Sabiq deputatın eyni zamanda Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var. "Al Jazeera", "European Business Review", "EU Today", "EU Reporter", "Euractiv" kimi beynəlxalq media strukturlarda məqalələri dərc edilir. Ailəlidir, 3 oğlan övladı var.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031