Müsahİbə

Dilqəm Əsgərovun oğlundan ilginc açıqlama:"Atamı kimin əliylə tutublar bilirəm"

Dilqəm Əsgərovun oğlundan ilginc açıqlama:
Ermənistanın girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün facebook səhifəsində atasının girov götürülməsinin 5-ci ildönümü ilə bağlı olduqca diqqətçəkən status paylaşıb.

 

Kürdoğlu Əsgərov yazıb: "2014 cü ilin 9 iyul ayında Sahbazı Quliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürüldükdən 2 gün sonra-yeni bu gün 11 iyulda Həsən Həsənov girov götürlərək vəhşicəsinə amansızlıqla qətlə yetirildi. Sahbazı girov götürüb Həsəni qətlə yetirən ermənilər, Dilqəm Əsgərovun axtarışı və tutulması ücün rus və erməni hərbçilərini ayağa qaldırıdılar, hətta bir neçə vertolyot belə qaldırmışdılar ki, Dilqəmi girov götürsünlər və istəklərinə nail oldular. 2014 cü ilin iyul ayının 14-ü Dilqəm Əsgərovu (atamı) girov götürdülər. Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır. Keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda cağırışlar etsəm də, əsfsuslar olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı erməni girovluğundan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var-Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı”.

 

Kürdoğlu Əsgərovun "Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır" yazmaqla nəyə işarə etdiyi, əslində nəyi demək istədiyi maraq doğurur.

 

Musavat.com

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031