Dünya

Dubaydan qaçan şeyxin arvadı Londonda - 107 milyonluq evdə qalır

Dubaydan qaçan şeyxin arvadı Londonda - 107 milyonluq evdə qalır

Dubay şeyxi Məhəmməd bin Rəşid Əl-Maktumun xanımı Haya bint əl-Hüseynin Almaniyada deyil, Londonda gizləndiyi məlum olub.

Sfera.az bildirir ki, bu barədə "Times” nəşri yazıb.

45 yaşlı şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə hazırda Londonun mərkəzində yerləşən "Kensington Palace Gardens” küçəsində  dəyəri 107 milyon dollar olan malikanədə yaşayır.

Nəşr cütlüyün ayrıldığının təxmin edildiyini və şahzadə Hayanın Dubayı tərk etdikdən sonra Ali Məhkəməyə boşanmaq üçün müraciət etdiyini yazıb.

Dubayın birinci xanımına yaxın şəxslər onun qaçırılaraq yenidən Dubaya gətirilməsindən qorxurlar. Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi məsələnin iki insan arasında şəxsi mövzu olduğunu bildirərək açıqlama verməkdən imtina edib.

İordaniyada dünyaya gələn şahzadə təhsilini İngiltərədə alıb. Şahzadə Haya İordaniya kralı Abdullahın ögey bacısıdır. Bundan başqa, BƏƏ-də 250 min iordan işçi var. Onlar BƏƏ-də qazandıqları pulu İordaniyada ailələrinə göndərirlər. Baş vermiş qalmaqal iki ölkə arasında da gərginliyə səbəb olacağı deyilir.

O, 2004-cü ildə Əl-Maktumla ailə quraraq onun sayca altıncı arvadı olub.

69 yaşlı şeyxin fərqli həyat yoldaşlarından 23 uşağı var. / Qafqazinfo

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031