İqtİsadİyyat

“Əməkhaqqı artımları fiziki şəxslərin ödənişlərini artırmayacaq” - Ekspertdən təklif

“Əməkhaqqı artımları fiziki şəxslərin ödənişlərini artırmayacaq” - Ekspertdən təklif
"Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur”.

Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:

"Minimum əməkhaqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabr ayından aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031