İdman

Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"

Erməni boksçunu məğlub edən Rüfət:
İlk görüşüm erməni əsilli İsrail boksçusu ilə oldu. Bir az çətin görüş keçdi. Çünki o, mənim çəki dərəcəmdə ən güclülərdən biridir. Bir az gərgin keçsə də, şükür Allaha, 3:0 hesabı ilə qalib gəldim.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri boksçumuz Rüfət Hüseynov (-49 kq) deyib.

O, dünən II Avropa Oyunlarında İsraili təmsil edən erməni David Alaverdyanı məğlub edərək 1/4 finala adlayıb. İdmançımız qələbəsini atasına həsr etdiyini bildirib:

"Bundan sonrakı qələbələrimi şəxsi məşqçim olan atama həsr edirəm. Avropa Oyunlarına baxan, bizi izləyən böyük xalqımız var. Hər kəs bizdən səbirsizliklə qızıl medal gözləyir. Hamısı çox sağ olsunlar ki, uzaqdan olsa da, bizi izləyir, bizə dəstək olurlar. Ümidvaram ki, içində mən də olmaqla, Azərbaycan idmançıları buradan qızıl medal aparacaqlar”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031