No Image
No Image

Ermənistan seçicilərinin yarıdan çoxu seçkilərə qatılmadı

Ermənistan seçicilərinin yarıdan çoxu seçkilərə qatılmadı
Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.
 
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib.

"1 281 174 insan səs verib", - o deyib.

Seçkilərdə 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası ilə "Ermənistan" blokunu formalaşdırmış sabiq prezident Robert Koçaryan arasında gedib.

Partiya blokları üçün keçid baryeri 7 %, partiyalar üçün 5 % təşkil edir. Qanunvericiliyə görə, parlamentdə azı üç siyasi qüvvə təqdim edilməlidir. Səsvermələrin ilk nəticələri yerli vaxtla saat 00:00-dan sonra açıqlanacaq.

Yekun nəticələr səsvermə günündən sonra yeddinci gün ərzində açıqlanmalıdır.

Parlament seçkilərində bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Baş Prokurorluq 64 seçki pozuntusunu qeydə alıb, cinayət işi qaldırılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunanlara 100 dollar ödənəcək

Birləşmiş Ştatların prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif edib. Sfera.az xəbər verir ki, bu ...

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə bugünə olan koronavirus statistikası açıqlanıb. Sfera.az-ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mini keçib. Belə ki, son 24 s...

Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Pre...

Almaniya da sərhəddəki vəziyyətlə bağlı çağırış etdi

Almaniya Azərbaycan-Ermənistan sərhədində atəşkəslə bağlı çağırış edib. Sfera.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa...

Ana və oğlu yük maşınının altında qaldı: sağ qaldılar -VİDEO

Türkiyənin İstanbul şəhrində yol-nəqliyyat hadisəsi zamanı yük maşınının altdında qalan ana və oğlu sağ qalıb. Sfera.az xəbər verir ki, hər iki şəxsin xır...

Türkiyədə yanğınlarda xəsarət alanların sayı AÇIQLANDI

Türkiyədə meşə yanğınları nəticəsində azı 183 nəfər xəsarət alıb. Sfera. az"Haber61”ə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə n...