Gömrükdə 32 minlik mal üçün 14 min “rüsum” tələb olunur – Etiraz

Gömrükdə 32 minlik mal üçün 14 min “rüsum” tələb olunur – Etiraz
 Sahibkarlar "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qanunlara məhəl qoymadığını bildirirlər.

 

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, bu barədə Yenicag.az-a müraciət edən Qazax rayon sakinləri Nağıyev Sənan Hüseyn oğlu və onun etibarnamə ilə təsdiqlənmiş nümayəndəsi Vəliyev Rüstəm Oruc oğlu Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin onların sahibkarlıq fəaliyyətinə maneə yaratdığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Vüsal Nuriyev onların tam qanuni şəkildə ölkə ərazisinə gətirdikləri mobil telefonlara özünəməxsus qaydada "həbs qoyub”:"Sənan Nağıyev satış məqsədilə ölkəyə 200 ədəd ümumi dəyəri 32 min 110 ABŞ dolları olan mobil telefon gətirib və gömrük əməkdaşları həmin cihazları 11905110501407 nömrəli saxlanca götürsələr də, bunu heç bir möhürlə təsdiq olunmayan akt əsasında həyata keçiriblər.

Saxlanca götürülmüş telefonların rəsmi qeydiyyata salınması üçün çətinliklə "Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qəbuluna yazıldıq. Onun qəbuluna yalnız ikimizdən birinin düşə biləcəyi şərti qoyuldu. Buna görə də 23 may 2019-cu il tarixli etibarnamə əsasında rəisin qəbuluna Rüstəm Vəliyev getdi.

Vüsal Nuriyev qəbul zamanı Rüstəm Vəliyevlə qeyri-etik davranaraq, dövlətə məxsus xidməti kabinetdə stula əyləşmək üçün mütləq ondan icazə almalı olduğunu kobud və yekəxana tərzdə bildirib.

O, edilmiş müraciəti qanunvericiliyə uyğun şəkildə cavablandırmadı və mənim tərəfimdən söhbətimizin gizli yazılışının aparıldığını iddia etdi. Mən isə texniki yoxlamaya hazır olduğumu bildirsəm də, qanuni prosedurlar və tələblər barədə verdiyim suallara heç bir cavab ala bilmədim.

24.05.2019-cu il tarixdə isə malların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmi ərizə ilə müraciət etdik. Ərizə 26/N1/004898 nömrəsi ilə qeydiyyata alınaraq, rəsmiləşdirilməsi üçün Vüsal Nuriyevə həvalə edildi”.

Şikayətçilər əlavə ediblər ki, Vüsal Nuriyev Qərb Ərazi Baş Gömrük İdarəsinin təqdimatından sonra da onların məsələsini həll etməyib:

"27.05.2019-cu il tarixdə Vüsal Nuriyevin qəbuluna düşə bildik. Vüsal Nuriyev telefonla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Cəbrayıl adlı şəxslə telefonla danışandan sonra bizə dedi ki, telefonlar aktda göstərilmiş məbləğ üzrə deyil, real bazar qiyməti əsasında qiymətləndiriləcək. Bundan sonra həmin məbləğin 36 faizini ödəyərək, telefonları təhvil ala bilərsiniz.

Telefonların dəyərini real bazar qiyməti ilə hesabladıqda isə onun tələb etdiyi həmin 36 faizlik məbləğ minimum 14 min ABŞ dolları edir. Biz isə həmin vəsaiti ödəmək imkanımızın olmadığını bildirərək, telefonların Gömrük Məcəlləsinə uyğun olaraq, gətirdiyimiz ölkəyə geri göndərilməsini Vüsal Nuriyevdən xahiş etdik.

Biz bu xahişimizin qanuni əsasının olduğunu bildirsək də, o, cavabında "bir daha bu məsələ ilə bağlı məni narahat etməyin”, deyərək, çevrilib getdi. Vüsal Nuriyev həmçinin bizim qanuni haqqımız olan müraciət etmək hüququmuzu da məhdudlaşdırdı. Bütün bunlar müşahidə kameralarında əks olunub”.

Şikayətçilərin sözlərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin "qaynar xətt”inə də məlumat veriblər. Onların Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdləri isə nəticəsiz qalıb.

Vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyinə müraciət etməkdə görən şikayətçilər Azərbaycana gətirdikləri və 11905110501407 nömrəli saxlanca götürülməsinə dair Aktda qeyd olunmuş məhsulların alındığı ölkəyə geri göndərilməsinə yardım göstərilməsini xahiş edirlər.

OXŞAR XƏBƏRLƏR

Dadaşlinski nəhayət baş katibi danışdırdı: "Cinayətin qarşısını alırıq..." (VİDEO)

İTV-də yayımlanan "3D” verilişində uzun zamandın gözlənilən an gəlib çatıb.   Sfera.az xəbər verir ki, Dadaşlinskinin budəfəki qonağı AFFA-nın ba...

400 minlik toyu olan məmur qızının illər əvvəlki, estetik əməliyyatsız fotosu heyrət doğurdu - FOTO

400 minlik toyu olan məmur qızının estetik əməliyyatdan əvvəlki halı görənləri şok etdi. Sfera.az xəbər verir ki, şəxsi hesabından paylaşan Aysel özü də keçmiş...

Səfər Mehdiyevin gömrüyü belə işləyir... - Buna son qoyulacaqmı?

Azərbaycandan getmək və ölkəyə gəlmək sözün həqiqi mənasında böyük bir əziyyət hesabına başa gəlir.  Bunun əsas səbəbi sərhəd-keçid məntəqələrində yarad...

Daha bir deputatın biznesi: Ticarət mərkəzi tikdirib (FOTO)

  Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib Sfera.az xəbər verir ki, bu barə...

Azərbaycanlı milyarderlərin xanımları - FOTOLAR

Azərbaycandan kənarda  öz bizneslərini qurub, milyardlar qazanan azərbaycanlı milyarderlər  dəfələrlə "Forbes” jurnalının siyahısına daxil edilib. Müb...

Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayılıb - FOTO

Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb. ...