Dünya

Gülnarə Kərimovanın 1.2 milyard dollarına əl qoyulub?

Gülnarə Kərimovanın 1.2 milyard dollarına əl qoyulub?
 

Özbəkistanın Ədliyyə Nazirliyi mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın xaricdəki mal varlığının qaytarılması ilə bağlı əməliyyatların davam etdiyini bildirib. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi türmədəki Kərimovanın sağlamlıq vəziyyəti və xaricdəki varidatının ölkəyə qaytarılması ilə bağlı yazılı açıqlama verib.

Kərimovanın sərvətinin ölkəyə qaytarılması ilə bağlı müzakirə və prosedurların beynəlxalq hüquq normalarına uyğun olaraq hökumət səviyyəsində davam etdirildiyi əks olunan açıqlamada aşağıdakılar da qeyd olunub: "Bu varidata xarici ölkənin müvafiq qurumları tərəfindən əl qoyulduğu üçün onların qaytarılması Kərimovanın və ya ailə üzvlərinin nəzarətində deyil”.

Açıqlamada eyni zamanda qeyd olunub ki, G.Kərimovanın hər hansı sağlamlıq problemi yoxdur. Daşkənd yaxınlarındakı bir türmədə saxlanan Gülnarə Kərimovnın qızı İman Kərimova keçən həftə sosial media hesabı üzərindən verdiyi açıqlamada 1,2 milyard dollar dəyərindəki investisiyaların dövlətin nəzarətinə keçdiyini, 131 milyon dollar dəyərindəki pulun geri gətirilməsi üçün əməliyyatın davam etdiyini, 555 milyon dollarlıq vəsait üçün də lazımi addımların başlandığını bildirmişdi.

Özbəkistan məhkəməsi tərəfindən 2017-ci ilin dekabrında rüşvət, korrupsiya, ticarət və gömrük qaydalarının pozulması ittihamlarından 10 il həbsə məhkum edilən Gülnarə Kərimovanın cəza müddəti haqsız əldə etdiyi gəlirləri və dövlətə verdiyi zərəri geri ödəməyi qəbul etməsiylə 2018-ci ilin iyulunda 5 ilə endirilib və cəzası da ev həbsilə əvəzlənmişdi.

Kərimova ev həbsi şərtlərini pozduğu üçün təkrar türməyə göndərilib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031