Cəmİyyət

“İLİN ƏN YAXŞI AGENTLİYİ” bəlli oldu – APA

“İLİN ƏN YAXŞI AGENTLİYİ” bəlli oldu – APA
Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sorğu mərkəzi oxucular arasında növbəti ənənəvi sorğusunu reallaşdırıb.

ASGA sədri Səbuhi Abbasovun verdiyi məlumata görə "İLİN ƏN YAXŞI AGENTLİYİ”, "İLİN ƏN YAXŞI TELEVİZİYASI” və "İLİN ƏN YAXŞI QƏZETİ” sorğusunda bütövlükdə 1000-ə yaxın insan iştirak edib.

22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda iştirakçılar peşəkar media ənənələrinin qorunması, operativlik və s. prinsiplərinin qorunması kimi meyarlardan çıxış edərək qalibləri müəyyənləşdiriblər. Məlumat üçün qeyd edək ki, sorğunun informasiya dəstəkçiləri 7NEWS.az və İCMAL.az saytlarıdır. "İLİN ƏN YAXŞI AGENTLİYİ” nominasiya üzrə qalib Azəri-Press Agentliyi (APA) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Sıralama aşağıdakı kimidir:

1-ci yer APA

2-ci yer AzərTAC

3-cü yer Trend

4-cü yer Report

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031