Dünya

Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin meyidi ilə tək qalıb - FOTO/VİDEO

Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin meyidi ilə tək qalıb - FOTO/VİDEO
Kiyevdə polislər daxil olmuş zəng əsasında getdikləri mənzildə dəhşətli mənzərənin şahidi olublar. 2 yaşlı qız bir neçə gün ölmüş valideynləri ilə birlikdə Pavel Tıçin prospektində yerləşən mənzildə, bağlı qapılar arxasında tək qalıb. Bu barədə izvestiya.ru məlumat yayıb.

Polisə uşağın nənəsi müraciət edib. O qızından xəbər ala bilmədiyini deyincə polislər verilən ünvana gəliblər. Qapı arxasından gələn kəskin iy polislərə qapını qırmağa səbəb verib.

Mənzildə 1985 və 1991-ci il təvəllüdlü ər-arvadın meyitləri, eləcə də onların 2017-ci ildə anadan olmuş qızları sağ vəziyyətdə tapılıb. Meyitlərin üzərində hər hansı zorakılıq əlaməti görünməyib. İlkin ehtimallara görə, azyaşlının valideynləri narkotik maddədən istifadə etdikləri üçün ölüblər.

Hazırda ekspertiza ər-arvadın ölüm səbəblərini araşdırır. Uşağın özünü yaxşı hiss etdiyi bildirilir.

 


XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031