Dünya

Mayk Tayson: Arvadımla Bred Pitti yataqda tutdum

Mayk Tayson: Arvadımla Bred Pitti yataqda tutdum
Peşəkar boks üzrə dünya çempionu Mayk Tayson şəxsi həyatına dair cəsarətli etirafları ilə gündəmi alt-üst edib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi döyüşçü məşhurluqda özündən geri qalmayan həyat yoldaşı Robin Givensini Hollivud ulduzu Bred Pittlə yataqda tutduğunu dilə gətirib.

Tayson, bu haqda "Mübahisəsiz həqiqət” adlı avtobioqrafiyasında yazıb. Boksçunun sözlərinə görə, xəyanət, 80-ci illərin sonlarında baş verib. Baş verən hadisə zamanı Bred Pitt qorxudan əsib və onu döyməməsi üçün boksçuya yalvarıb.

 

Həmçinin, Tayson bildirib ki, yaşadığı xoşagəlməz olaydan sonra evliliyini qorumağa çalışsa da, Robin ona yenə xəyanət edib. 

Qeyd edək ki, Robin bir müddət öncə Endi Koenanın məşhur şousunda qonaq olarkən Taysonun ittihamlarını rədd edərək, onun söylədiklərinin yalan olduğunu vurğulayıb. Givensi bildirib ki, Tayson sadəcə onu Bred Pittin avtomobilində görüb. Pittlə Givensi çəkilişlərin birindən birlikdə geri dönürmüş.

oxu.az

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031