Dünya

Məhkəmə Trampa “Twitter”də qadağa qoydu

Məhkəmə Trampa “Twitter”də qadağa qoydu

Nyu-YorkApellyasiya Məhkəməsi qərar verib ki, ABŞ Prezidenti Donald Trampın "Twitter”səhifəsində onun ünvanına sərt ifadələr işlədən istifadəçiləri bloklamaqhüququ yoxdur.

 

"Hi-Tech Vesti”xəbər verir ki,D.Trampın "Twitter”də blokladığı yeddinəfər 2017-ci ildə ABŞ liderinə qarşı məhkəmədə iddia qaldırmışdı.

Onlar hesab edirlər ki, Prezidentin mikrobloqu ictimai mübahisələr və müzakirələrüçün meydançadır, D.Tramp isə vətəndaşların ona girişini məhdudlaşdırmamalıdır.

Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmə 2018-ci ilin mayında bəyan edib ki, ABŞ Prezidenti istifadəçiləri bloklamaqla söz azadlığını pozur və onların mikrobloqa girişini bərpa etməyi tələb edib.

Həmin vaxt ABŞƏdliyyə Nazirliyi bu qərarı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Məhkəmə bu işə bir ildən çox baxdıqdan sonra qərarı qüvvədə saxlayıb.

 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031