Gündəm

Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub - RƏSMİ AÇIQLAMA

Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub - RƏSMİ AÇIQLAMA
 

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib.

 

Xatırladaq ki, daha öncə Mehman Hüseynov özünün "Facebook” səhifəsində Cenevrənin hava limanında səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi fotoşəkli paylaşıb. Bloger iddia edib ki, nazir guya İsveçrəyə müalicəyə gəlib.

 

Virtualaz.org-un əməkdaşı ilə söhbətində Pərviz Abubəkirov qeyd edib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

 

"Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, - Pərviz Abubəkirov deyib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30