Hadİsə

Məşhur teleaparıcının avtomobili qarət olunub

Məşhur teleaparıcının avtomobili qarət olunub
 

Azərbaycanın məşhur televiziya aparıcısı Asif Bağırovun avtomobili qarət olunub. Virtualaz.org xəbər verir ki, bu barədə o, özünün "Facebook” səhifəsində məlumat yayıb.

 

A.Bağırovun sözlərinə görə, hadisə ötən gecə onun yaşadığı evin həyətində baş verib. Oğrular maşının şüşəsini sındıraraq, videoregistratoru aparıblar. Maraqlıdır ki. həmin vaxt maşında olan bank kartına və digər qiymətli əşyalara toxunulmayıb.

 

Zərərçəkmişin sözlərinə görə, son aylar ərzində iki dəfə avtomobili, altı dəfə iş yeri qarət edilib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031