Cəmİyyət

Metrodakı yeni qatarlar digərlərindən nə ilə fərqlənəcək? - FOTO

Metrodakı yeni qatarlar digərlərindən nə ilə fərqlənəcək? - FOTO

"Bakı Metropoliteni”ninRusiyanın "Transmaşholdinq” Səhmdar Cəmiyyətindən aldığı 10 yeni vaqon əvvəlki nümunələrdən fərqlidir.

Oxu.Azxəbər verir ki, bu barədəjurnalistlərə"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, əsas fərqlərdən biri vaqonların qapılarının daha enli olması, açılıb-bağlanmasının işıqlı xəbərdarlıq sistemi ilə təmin olunmasıdır:

"Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb.

İstehsal zamanı, sifarişçi kimi, "Bakı Metropoliteni” QSC-nin texniki şərtləri xüsusi nəzərəalınıb. Bu xüsusda orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

Əsas yeniliklərdən biri kimi, kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması qeyd oluna bilər.Bu isə həmin kondisionerlərdən daimi istifadəetməyəimkan verir. Həmçinin, bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək.

Soyutma sistemi daha yüksək keyfiyyət göstəriciləri ilə təmin edilib. Həmçinin, Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərəalınaraq, bütün vaqonlar dartı mühərriki ilə təmin edilib”.

 


 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930