Cəmİyyət

Millət vəkili aksiyaya qoşuldu: maaşından pul köçürdü

Millət vəkili aksiyaya qoşuldu: maaşından pul köçürdü

Millət vəkili Aydın Mirzəzadə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulub.

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkilinin özü Feysbuk hesabında qeyd edib.

"Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Əli Əhmədovun təşəbbüsünə qoşularaq bu gün aylıq maaşımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirdim”, - A.Mirzəzadə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov aylıq əməkhaqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna yatıracağını bildirərək, digər siyasi xadimlərin də dəstək aksiyasına qoşulması üçün çağırış etmişdi.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031