İdman

Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” rəsmən açıqladı

Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” rəsmən açıqladı
İngiltərənin "Arsenal” klubu erməni futbolçu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı qərarını açıqlayıb. 
 
ONA-nın London klubunun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi mayın 29-da "Çelsi” ilə ölkəmizdə baş tutacaq oyuna gələcək heyətdə yer almayacaq. 
 
 
Klub bəyan edib ki, futbolçunun Bakıdakı iştirakı ilə bağlı bütün variantlar müzakirə olunub. Onun özü və ailəsi ilə danışıqlardan sonra H. Mxitaryanın səfərə getməməsi ilə bağlı razılıq əldə olunub. Klub rəhbərliyi bu barədə UEFA-nı da məlumatlandırıb. 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30