Maqazİn

Nadir türkiyəli kişilərə ərə gedən qadınlarımızı təhqir etdi

Nadir türkiyəli kişilərə ərə gedən qadınlarımızı təhqir etdi
 

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb.  "Qafqazinfo” xəbər verir ki, sənətçi instaqram səhifəsində post paylaşaraq Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınları təhqir edib:

"Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha çox  keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə gəldikdə isə bizim qadınlarımızın üzüyola olmasıdır. Yəni "qapazı vur, çörəyini al əlindən” məsəli.

Bizim bəzi sadəlövh "qızlarımız”a fərq etməz, təki ər olsun deyə, evlənirlər. Bir-iki ildən sonra qucaqlarında uşaq atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq”.

 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30