Hadİsə

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” məlumat yayıb.

Qeyd olunur ki, hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.


 

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031