Təhsİl

Nazirə şikayət etdilər - Şöbə müdirini işdən çıxardı

Nazirə şikayət etdilər - Şöbə müdirini işdən çıxardı
Biləsuvar Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov işdən çıxarılıb.

Təhsil Nazirliyindən bildirilib ki, 8 fevral 2019-cu il tarixində Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən keçirilən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlar ilə bağlı vətəndaş müraciətləri araşdırılıb, müraciətlərdəki faktlar təsdiqini tapıb.

Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib."Qafqazinfo"

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930