Dünya

Pakistan Hindistanla hava sahəsini açdı

Pakistan Hindistanla hava sahəsini açdı

Pakistan Hindistanla davam edən qarşıdurma səbəbiylə bir neçə aylıq məhdudiyyətlərdən sonra hava məkanını vətəndaş təyyarələri üçün açıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Times of İndia” portalı məlumat yayıb. 

Pakistanın Aviasiya Təşkilatının internet saytında çərşənbə axşamı pilotlara xəbərdarlıq məqsədilə bütün mövcud qadağaların dərhal aradan qaldırıldığı ilə bağlı bildiriş yayımlanıb.

Xatırladaq ki, 26 fevralda Hindistanın iki qırıcısı Pakistanın hava məkanını pozduğu üçün vurulub. Hindistan isə Pakistanın bir təyyarəsini yerə salıb.

Bundan sonra Hindistan və Pakistan aviasiya hökumətləri sərhəd zonasında hava sahəsinin bağlandığını açıqlayıb. Bundan başqa, Pakistan İslamabad, Lahor, Multan, Feysalabad və Sialkot hava limanlarından daxili və beynəlxalq reysləri dayandırıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031