Sİyasət

“Paşinyan 5 rayonu qaytarmağa hazırdır, amma…” – TƏKZİB OLUNAN MƏKTUBUN İZİ İLƏ…

“Paşinyan 5 rayonu qaytarmağa hazırdır, amma…” – TƏKZİB OLUNAN MƏKTUBUN İZİ İLƏ…
 

"Paşinyan "torpaqları qaytarmağa hazırıq” deyəndə, Dağlıq Qarabağdan kənar işğal etdikləri əraziləri nəzərdə tutur. Özü də cəmi 5 rayonu...

 

Sfera.az-a açıqlamasında bu sözləri Paşinyanın NATO baş katibinə məktub ünvanlaması və burada guya işğal etdikləri ərazilərdən geri çəkiləcəklərini bəyan etməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:


"Ermənilərin hissə-hissə qaytarmaq istədiyi torpaqlar Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən rayonlardır. Özü də İrəvanın qaytarmaq istədiyi rayonların sayı 5-dir. Düşmən tərəf, Laçın və Kəlbəcərin qaytarılması barədə isə heç düşünmür. ABŞ 7 rayonun qaytarılmasını istəsə də, İrəvan bu faktı qətiyyən qəbul etməməyə çalışır. Paşinyanın NATO baş katibinə ünvanladığı məktubda nə yazdığı, yazılanlar barədə verilən məlumatın saxta profil olub-olmadığını bilmirəm, amma erməni baş naziri kompromis deyəndə 5 rayonu qaytara biləcəklərini bəyan edir. Onlar məhz bu məntiqlə çıxış edirlər”.


Bu səbəbdən politoloqun fikrincə, NATO baş katibinə yazılan məktubda Paşinyanın "torpaqları qaytara bilərik” ifadəsini Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi başa düşmək hələ tezdir: "Paşinyan hələlik bu barədə fikirləşmir. Amma bu məlumata bənzər digər məlumatlar da yayılır. Bu isə onu göstərir ki, İrəvana basqılar bir qədər artsa, onlar artıq danışıqlarda ərazi məsələlərinin müzakirəsinə də keçəcəklər. Hələliksə, ərazi məsələsinin müzakirəsi danışıqlar prosesinin gündəmində yoxdur”.


Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın NATO Baş katibi Yens Stoltenberqə ünvanladığı məktubda Ermənistanın bir il ərzində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən geri çəkiləcəyini bildirdiyi iddia olunur.Bu barədə Ermənistanın təhlükəsizlik məsələləri üzrə

müşaviri Samvel Martirosyan məlumat yayıb. Lakin o, məktubunun sosial şəbəkədə yayıldığını bildirərək, bunu yayımlayan Feysbuk profilinin saxta olduğunu iddia edib.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930