Dünya

Paşinyan danışdı, arvadı mürgülədi - "Anna, sənə maraqlı deyil?"

Paşinyan danışdı, arvadı mürgülədi -
Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərkən arvadı Anna Akopyan mürügləyib. Hadisə Paşinyanın "Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım etməsi zamanı baş verib.

Ermənistanın hökumət başçısı ölkənin çiçəklənməsi üçün vətəndaşların könüllü ianələr verməsi ilə bağlı ideyalarını bölüşərkən arvadının yatdığını görüb.

"Anna, sənə maraqlı deyil? Sən mürgüləyirsən?”, - deyə soruşub.

Gülüş doğuran hadisədən sonra Paşinyan arvadının ABŞ-dan səfərdən təzə qayıtdığını və yorğun olduğunu izah edib.

Mənbənin yazdığına görə, canlı yayımın əvvəlində də Baş nazirin qızı otağa daxil olaraq qardaşı Aşotun hərbi xidmətdən nə vaxt qayıdacağını soruşub və buna görə də efir yarımçıq kəsilib.

Virtualaz.org 

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031