Cəmİyyət

Qəssablara reydlər keçirilir - FOTOLAR

Qəssablara reydlər keçirilir - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Xətai rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirib. 

"Qafqazinfo” xəbər verir ki, qurum əməkdaşları 27.06.2019-cu il tarixdən 11.07.2019-cu il tarixədək Xətai rayonunun Cavanşir, M.Hadi, G.Şıxlinski, K.Kərimov, Q.Nəbi və R.Bayramov küçələrində 58 ünvanda fəaliyyət göstərən məntəqədə olublar. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930