No Image
No Image

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ
Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə” medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəmkirdə yol polisi sərxoş sürücüləri aşkarladı

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri da...

DTX və polis Xocalıda əməliyyat keçirdi

Xocalı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğal...

Bakıda tozlu havanın neçə gün davam edəcəyi açıqlanıb

Havada toz dumanı davam edir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşah...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata...

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçiriləcək

Bakı - 11 iyul tarixindən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayır. "Azərbaycan...