Maqazİn

Rəşad Dağlı "bıçaqladığı" həmkarıyla barışdı — FOTO

Rəşad Dağlı
Məşhur meyxanaçı Rüfət Nasosnu həmkarı Rəşad Dağlıyla fotosunu sosial şəbəkədə paylaşıb.
 
Sfera.az "Ölkə.Az"-dan aldığı məlumata görə, meyxanaçı paylaşımını belə şərh edib:

"Mən Allahdan ancaq xeyirlisini arzuladım. İstər özümə, istərsə də özüm kimilərə".

Qeyd edək ki, 2017-ci ildə keçirilən bir toy mərasimində Dağlıyla Nasosnu arasında mübahisə yaranmışdı. Həmin vaxt yayılan xəbərlərə görə, R.Dağlı həmkarını ayağından bıçaqlamışdı.
Ancaq sonradan R.Nasosnu aralarında mübahisə düşdüyünü etiraf etsə də, R.Dağlının onu bıçaqladığını təkzib etmişdi.
 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031