Dünya

Rusiya S-400 zenit-raket kompleksini Türkiyəyə yola saldı

Rusiya S-400 zenit-raket kompleksini Türkiyəyə yola saldı
Rusiyanın Türkiyəyə satdığı S-400 zenit-raket kompleksinin yola salındığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyənin "Habertürk" qəzetində yer alıb.
Xəbərdə bildirilir ki, S-400 zenit-raket kompleksi iki ədəd yük təyyarəsinə yüklənib. Yükləmə Rusiyanın Tver hərbi bazasında bazar günü baş tutub. Verilən məlumatlara görə, zenit-raket kompleksinin bu gün Türkiyəyə daxil olması gözlənilir.
Onu da bildirək ki, zenit-raket kompleksi qurmaq üçün 9 nəfərlik heyət iki gün əvvəl Türkiyəyə gəlib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930