Cəmİyyət

Sayt rəhbərinə hökm oxundu

Sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, realliq.info saytının rəhbəri İkram Rəhimova hökm oxunub. 

Sfera.az "qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ. Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930