Gündəm

Şəbnəmlərin ad davasına ekspert rəyi: “AD ƏMTƏƏ DEYİL Kİ…”

Şəbnəmlərin ad davasına ekspert rəyi: “AD ƏMTƏƏ DEYİL Kİ…”

"Şəbnəm Tapdıq özünü reklam etmək, gündəmə gəlmək üçün belə hərəkətə yol verir”.


Sfera.az-a açıqlamasında bu sözləri müğənni Şəbnəm Tapdığın həmkarı Şəbnəm Qəhrəmanovanı adını dəyişdirmək tələbilə polisə verməsinin nə dərəcədə hüquqi əsasının olub-olmamasına münasibət bildirərkən vəkil Vamiq Şükürov deyib:

 

"Bu müğənnilərin özlərini reklam etmələri, unudulan şəxslərin izləyiciləri arasında yenidən xatırlanmasına hesablanmış reklam kampaniyasıdır. Çünki kiminsə digərindən adının dəyişdirilməsini tələb etməyə haqqı yoxdur. Adlar ümumi istifadə olunan sözlərdir və bu sözlər də hamıya aiddir. Hər kəs özünə istənilən adı qoya bilər. Bu əmtəə, məhsul yaxud ixtira deyil ki, öz adına patentləşdirəsən. Şəbnəm Tapdıq sadəcə olaraq bu hərəkətilə gündəmə gəlmək istəyir. Onun bu iddiasının heç bir hüquqi əsası yoxdur. Həm də bu kimi mübahisələrə polis baxmır. Polisin belə səlahiyyəti yoxdur. Belə mübahisələrə adətən məhkəmə baxır, ancaq dediyim kimi, onun da heç bir əsası yoxdur”.


Qeyd edək ki, müğənni Şəbnəm Tapdıq adaşı olan həmkarı Şəbnəm Qəhrəmanovadan polisə şikayət edib. Bu barədə məlumat verən Ş. Qəhrəmanovanın dediyinə görə Ş. Tapdığın şikayətinin əsasında ondan adının dəyişdirilməsi tələbi durur.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031