No Image
No Image

Tramp qanunsuz miqrantların kütləvi deportasiyasını təxirə saldı

Tramp qanunsuz miqrantların kütləvi deportasiyasını təxirə saldı

ABŞ Prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi şəkildə deportasiyasını təxirə salmağı qərara alıb.

 

Donald Tramp qeyri-leqal miqrantlar barəsində təxirə salınmaz tədbirlər görüləcəyini elan edəndən sonra ABŞ -ın Miqrasiya və Gömrük Polisi (ICE) iyunun 23-dən etibarən deportasiya prosesinin icrasına başlamağı planlaşdırırdı, lakin bu gün Ağ Evin tvitter səhifəsində Trampın belə bir bəyanatı yerləşdirilib ki, Prezident qeyri-leqal miqrantların ölkədən çıxarılmasını prosesini demokratların xahişi ilə iki həftə təxirə salmağı qərara alıb.

 

Tramp vəd edib ki, əgər bu iki həftə ərzində demokratlarla respublikaçılar ölkənin cənub sərhədində sığınacaqlarla bağlı problemlərin həlli barədə razılığa gələ bilməsələr Prezident öz sərəncamının icrası məsələsinə qayıdacaq.

 

Xatırladaq ki, Tramp hələ iyunun 17-də ICE nümayəndələrinin artıq növbəti həftədə "milyonlarla” qeyri-leqal miqrantın deportasiyasına hazırlaşdığını bildirmişdi. Miqrasiya xidməti əməkdaşının sözlərinə görə, yerli bölmələrdəki agentlər deportasiyanın həyata keçirilməsi qaydalarına dair təlimat keçirlər. Qarışıq miqrasiya statusuna malik olan ailələr üçün (yəni, məsələn valideyn qeyri-leqal, uşaq isə ABŞ vətəndaşı olduğu halda) hazırlıq tədbirləri də nəzərdə tutulub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda COVID-19 əleyhinə vaksinasiya planı üzrə işlər yekunlaşıb

Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı milli fəaliyyət planının hazırlanması üzrə işlər başa çatdırılıb. Sfera.az xəbər verir ki, sənəd gələ...

Polis aeroportda əməliyyata başladı, saxlanılanlar var

Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında bildirib. Sfera.az xəbər verir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarl...

Vüqar Səfərlidən 26 MİLYON MANAT tələb olunur! – O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olunduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Medi...

“Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov deyib ki, dünya özü də bilmədən başqa bir epidemiyanın əlində əsirdir. Bu, koronavirusdan daha təhlükəli olan piylən...

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb. Sfera.az...

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitə üzvü və yoluxucu xəstəliklər üzrə professor Yeşim Taşova Çindən gətirilən "CoronaVac” peyvəndinin əlavə təsirlərindən danı...