No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov: “Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”

"Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”. Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbə...

Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə hər kəsi regiondakı yeni reallıqdan faydalanmağa dəvət edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tez-tez gəlir, ancaq ilk dəfə bir dünya lideri işğaldan azad edilən torpaqları, Türk dünyasında xüsusi yeri ...

Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı...

Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə indiyə kimi 6 dəfə seçki keçirilib. Hər dəfə 125 deputatdan formalaşmış parlament üzvlərinin hamısı təbii ki...

Çavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”

"Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı gönd...

Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlama yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibəti ilə məlumat yayıb. Nazirlikdən Sfera.az-a verilən məlumata görə, bəyanatda...

Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir

Rusiyanın hakim "Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib. Sfera.az xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasın...