Maraqlı

“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb

“Youtube”dan milyonçu olan uşaq - 22 milyon dollar qazanıb
Bizə müxtəlif maraqlı videolar təklif edən "Youtube” portalı həm də çox adamı varlandırıb. Bu insanların arasında uşaqlar da var.

EkoNews xəbər verir ki, Rayan Kaci "Youtube”-da ən çox pul qazanan uşaq kimi tanınır. Keçən ilin göstəricilərinə görə "Forbes” onu hətta dünyada bu portaldan ən çox gəlir qazanc götürən adam elan etmişdi.

Rayan 2011-ci ilin oktyabrında Los-Ancelesdə doğulub. Yəni hələ 8 yaşı tamam olmayıb. Buna baxmayaraq, portaldakı abunəçilərinin sayı 20 milyon nəfərə yaxınlaşır (19 milyon 656 min). İndiyə qədər videolarına 29 milyard 844 milyon dəfə baxılıb. "Forbes” Kacinin 22 milyon dolları olduğunu iddia edir.

Rayana videoları çəkməkdə valideynləri kömək göstərir. Ortaya böyük yaradıcılıq nümunəsi qoyulmur, sadəcə, yeni oyuncaqların özəlliyi ilə abunəçiləri heyrətləndirməyə çalışırlar. Rayanın "Ryan ToysReview” kanalında az qala hər gün video yerləşdirlir. Dörd ildir fəaliyyət göstərən kanal indiyə qədər 1417 video təqdim edib.(Bizimyol.info)
 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930