Cəmİyyət

Zeynəb Xanlarova sosial şəbəkələrdə bu fotoya görə tənqid olundu - ETİRAZ

Zeynəb Xanlarova sosial şəbəkələrdə bu fotoya görə tənqid olundu - ETİRAZ
 

Sosial şəbəkələrdə xalq artisti, sevimli sənətkarımız Zeynəb Xanlarova ilə bağlı maraqlı foto paylaşılıb.


 

Sfera.az xatırladır ki, xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyev adına Respublika Sarayındakı iş otağının qapısına həkk edilmiş lövhədəki təqdimat yazısı böyük müzakirələrə, etirazlara səbəb olub.


 

Fotodan da göründüyü kimi, həmin lövhədə Zeynəb Xanlarova artıq mövcud olmayan SSRİ-nin xalq artisti və Azərbaycan Respublikasının millət vəkili kimi təqdim olunub.

 

Sosial şəbəkələrdə sözügedən foto ilə bağlı çoxsaylı rəylər yazılıb və istifadəçilər "SSRİ xalq artisti” titulunun xüsusi qeyd edilməsinə etiraz ediblər.

 

Məlumat üçün bildirək ki, o zamankı prosedurlara görə SSRİ xalq artisti adını almaq üçün bir neçə müttəfiq respublikasının xalq artisti ünvanını qazanmaq şərt idi. Zeynəb Xanlarova isə 1975-ci ildə Azərbaycan SSR, 1978-ci ildə isə Ermənistan SSR-nin xalq artisti adına layiq görülüb. Daha sonra isə ona SSRİ xalq artisti titulu verilib.

 

Rəşad

Sfera.az

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031